“WhatsApp”da mesajların avtomatik silinmə qaydası - Yeni funksiya Hadisə

“WhatsApp”da mesajların avtomatik silinmə qaydası - Yeni funksiya

“WhatsApp”da əlavə “Standart mesaj taymeri” funksiya yaradılıb.

Siz "WhatsApp"da mesaj yazarkən yeni funksiyanı aktiv etsəz müəyyən vaxtdan sonra mesajınız avtomatik olaraq silənə bilər.

Bunu aşağıdakı qaydada işə salmaq mümkündür:

1. "WhatsApp"ı açın və yuxarı sağ küncdəki üç nöqtəli işarəyə toxunun. Parametrləri seçin.

2. Növbəti ekranda "hesab" xanasını seçin.

3. İndi "Məxfilik" xanasını seçin.

4. Daha sonra "Standart mesaj taymeri" xanasına toxunun.

5. Növbəti xanada hansı müddət ərzində mesajlarınızın avtomatik olaraq silinməsini seçmək imkanı yaranır. Default olaraq 24 saat, 7 gün, 90 gün və yaxud deaktiv etmək imkanı yaranıb.