Azərbaycanda "TikTok" açılıb? - AÇIQLAMA Hadisə

Azərbaycanda "TikTok" açılıb? - AÇIQLAMA

“TikTok” sosial şəbəkəsinə girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda aidiyyəti orqanlar bu barədə ictimaiyyəti məlumatlandıracaq.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Qeyd edək ki, bir sıra yerli KİV-lərdə “TikTok” sosial şəbəkəsininə girişin bərpa olunduğu ilə bağlı məlumatlar yayılıb.