

Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Zəfər tariximizin regionlarda təbliği” layihəsi çərçivəsində 14 oktyabr 2022-ci il tarixində Balakən Rayonu Heydər Əliyev Mərkəzində tədbir keçirildi. Tədbirdə şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və Balakən rayonu gəncləri iştirak etmişdir. Tədbirdə çıxış edən “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev çıxış edərək təşkilatın fəaliyyəti barədə iştirakçıları məlumatlandırıb. Qeyd edək ki, ictimai birlik fəaliyyət başladığı gündən etibarən şəhid ailələrinin, qazi və müharibə iştirakçılarının mütəmadi olaraq qayğısına qalmışdır. Eyni zamanda layihə barədə də məlumat verərək bildirib ki, layihənin məqsədi Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin gənclərə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə tədbirlərin həyata keçirilməsidir. Aprel döyüşlərinə və 44 günlük “Vətən müharibəsi”- nə həsr olunan 1 günlük tədbirlərin keçirilməsi nəzərdə tutulur. Həmin tədbirlər Balakən, Zaqatala, Qax və Şəki rayonlarında şəhid və qazi ailələri ziyarət olunması nəzərdə tutulur.
Daha sonra, Balakən rayonu İcra Hakimiyyətinin nümayəndəsi, eyni zamanda II Qarabağ müharibəsi iştirakçısı olmuş Şamil Nuriyev çıxış edərək, İcra Hakimiyyəti orqanı olaraq şəhid ailələrinə, qazi və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı haqqında məlumat verib. Daha sonra ATXG Birliyinin Balakən rayonu üzrə sədri Daşdəmirov Şaban çıxış edərək ərazi bütövlüyü uğrunda canından keçmiş hərbiçilərimizə, qəhrəmanlarımıza diqqət və qayğının əhəmiyyətindən danışdı. Daha sonra, şəhid Vahid Əlisultanovun atası Tahir Əlisultanov, "Sizə bir ömür borcluyuq Balakən şəhidləri" kitabının müəllifi Nəfisət Qarakişiyeva və Şöyüb Mikayılov, polkovnik Cavanşir İsmayılov çıxış edərək öz fikir və təkliflərini irəli sürdülər.
Tədbirdə “Zəfər tarixi”-mizə həsr olunan video təqdimat nümayiş olundu. Sonda Balakən rayonu Şəhidlər Xiyabanı ziyarət olundu və xatirə şəkli çəkildi. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzu edirik.