NASA daha 3 "Orion" kosmik gəmisi sifariş edib Hadisə

NASA daha 3 "Orion" kosmik gəmisi sifariş edib

NASA "Artemis" proqramı çərçivəsində daha 3 "Orion" kosmik gəmisi sifariş edib.

Bu barədə cümə axşamı sözügedən kosmik gəmilərin istehsalçısı "Lockheed Martin" şirkətindən bildirilib.

"Lockheed Martin" "Artemis" missiyaları üçün NASA-ya 3 "Orion" kosmik gəmisinin satışı üzrə müqavilə imzalayıb", - deyə açıqlamada deyilir.
Qeyd edilir ki, gələcəkdə NASA növbəti missiyalar üçün daha 6 ədəd kosmik gəmi sifariş edə bilər.