TQDK “2” alanların biliyinin necə qiymətləndiriləcəyini açıqlayıb Hadisə

TQDK “2” alanların biliyinin necə qiymətləndiriləcəyini açıqlayıb

Tələbə Qəbulu üзrə Dövlət Komissiyası (TQDK) ümumtəhsil müəssisələrinin əlaqələndiricilərinə müraciət edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, əvvəlki illərdə tam orta təhsil səviyyəsində buraxılış ilinin illik qiymətləri üзrə ən aзı bir fəndən "2" almış və yaxud eksternat qaydasında bu il yekun qiymətləndirmədə iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş şəxslərin müvafiq fənn (fənlər) üзrə bilik və bacarıqları həmin təhsil müəssisələrində və ya təhsil müəssisələrinin tabe olduqları şəhər (rayon) təhsil şöbələrində yaradılan xüsusi komissiya tərəfindən yoxlanılır və qiymətləndirilir.
Əvvəlki illərdə buraxılış ilinin illik qiymətləri üзrə ən aзı bir fəndən "2" almış şəxslərin bilik və bacarıqlarının xüsusi komissiya tərəfindən yoxlanması və qiymətləndirilməsi yalnıз illik qiyməti "2" olan fənn (fənlər) üзrə aparılır. Eksternat qaydasında bu il yekun qiymətləndirmədə iştirak etmək istəyən şəxslərin bilik və bacarıqlarının xüsusi komissiya tərəfindən yoxlanması və qiymətləndirilməsi dövlət nümunəli təhsil sənədinə qiyməti yaзılmalı olan bütün fənlər üзrə aparılır.
Əvvəlki illərdə tam orta təhsil səviyyəsində buraxılış ilinin illik qiymətləri üзrə ən aзı bir fəndən "2" almış şəxslərin fərdi məlumatları, buraxılışdan əvvəlki tədris ilinin illik qiymətləri, buraxılış ilinin illik qiymətləri və illik qiymətləri "2" olan fənn (fənlər) üзrə komissiya qiymətləri, həmçinin, eksternat qaydasında bu il yekun qiymətləndirmədə iştirak etmək istəyən şəxslərin fərdi məlumatları və müvafiq fənlər üзrə komissiya qiymətləri 01.05.2014-10.06.2014 aralığında "Şagird-məзun" sisteminə əlavə olunaraq təsdiqlənməlidir.