“Milli Dirçəliş Gününü Azərbaycan tarixində oyanış günü idi” Hadisə

“Milli Dirçəliş Gününü Azərbaycan tarixində oyanış günü idi”

"Noyabrın 17-dən dekabrın 5-dək davam edən 1-1,5 milyon insanın qatıldığı mitinqlər zamanı nümayiş komitəsi yaradılıb. Kütləvi aksiyalar dönəmində tələbələr, akademiyanın aspirantları, çox adamlar çıxışlar ediblər. Bu, bizim taleyimizdir". Bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib. O, Milli Dirçəliş Gününün Azərbaycan tarixində oyanış günü olduğunu bildirib: "Müstəqilliyin əldə olunmasına görə, milli oyanış gününə borcluyuq. O gün Azərbaycan xalqı öz gücünü, birləşə bilmək bacarığını göstərdi. Həm də, dünyanın demokratik düşüncəli xalqlarına tarixin müəyyən dövrlərində Sovet imperiyası tərəfindən işğala məruz qalan, rus-fars birliyinin nəticəsi olaraq iki yerə parçalanan xalq olduğumuzu nümayiş etdirə bildik".
S.Rüstəmxanlı qeyd edib ki, 20 Yanvar faciəsindən sonra meydanda deyilən fikirlər bir daha təstiqini tapıb: "İmperiyanın Azəbaycan xalqına qarşı amansız olduğu beynəlxalq aləmə açıq şəkildə məlum oldu. Hər kəs bilirdi ki, bu millət müstəqil olmayana qədər heç vaxt nicat tapmayacaq, qurtuluşu olmayacaqdı. Bütün sonrakı bayramların hamısı Milli Dirçəliş Gününün törəmələridir".