Xaçmaz Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib Hadisə

Xaçmaz Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların fərdi qaydada qəbulunu keçirib. Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.

Müraciətlər məşğulluq, torpaq sahəsinin sənədləşdirilməsi, yeni marşrut xəttinin açılması və digər sosial müafiə məsələlərini əhatə edib.

Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.