Sabah dağlıq və dağətəyi rayonlara intensiv yağış yağacaq, dolu düşəcək
Ağdam-Füzuli avtomobil yolunun yaxınlığında minalanmış ərazidə yanğın başlayıb
Ukrayna Xəzər Boru Kəməri Konsorsiumunun dəniz terminalını vurdu
Azad olunmuş ərazilərdə vətəndaşlar yanğın təhlükəsizliyi ilə əlaqədar maarifləndirilir
13 May 2025 08:23
2 912
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Qərb ölkələri Ukraynaya nəfəs almaq və Rusiya ilə münaqişəni davam etdirmək üçün 30 günlük atəşkəs istəyir.
Diplomatın şərhi Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
Zaxarova xatırladıb ki, Almaniya və Fransa Ukraynaya münaqişəyə hazırlaşmaqda kömək ediblər. "Belə ki, Almaniyanın keçmiş kansleri Angela Merkel və Fransanın keçmiş prezidenti Fransua Olland 2022-ci ildə Minsk razılaşmalarının həyata keçirilməsi planlarının olmadığını etiraf etdilər. Onlar Kiyevi Donbass respublikalarını zorla ələ keçirməyə hazırlamaq üçün lazım idi", diplomat qeyd edib.
"Bu gün eyni ölkələr Kiyevə hərbi potensialını bərpa etmək və Rusiya ilə qarşıdurmanı davam etdirmək, nəfəs almaq üçün 30 günlük atəşkəs əldə etməyə çalışırlar”, - o vurğulayıb.
Cavid