

Salyanda avtomobil motosikletlə toqquşub.
1995-ci il təvəllüdlü Namiq Rzayev idarə etdiyi “İsuzu” markalı minik avtomobili ilə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxaraq yolun 1 May küçəsindən Sabirabad rayonu istiqamətində hərəkət edən motosiklet ilə toqquşub.
Qəza nəticəsində motosikletin sürücüsü 1975-ci il təvəllüdlü Azər Hüseynov ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.