“Azərbaycanın post-sovet məkanında vəkillik institutuna müstəqillik verən ilk dövlətlərdən biridir” Hadisə

“Azərbaycanın post-sovet məkanında vəkillik institutuna müstəqillik verən ilk dövlətlərdən biridir”


“Azərbaycanın post-sovet məkanında vəkillik institutuna müstəqillik verən ilk dövlətlərdən biridir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu “Heydər Əliyev və məhkəmə-hüquq islahatları: tarix, zaman və nailiyyətlər” mövzusunda keçirilən konfransda "Ümummilli lider və vəkillik institutunun inkişafı" mövzusunda çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. O, bildirib ki, ölkəmizdə vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində bir sıra normativ-hüquqi aktlar, çoxsaylı sərəncamlar və digər sənədlər qəbul olunub ki, bu da Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə birbaşa bağlıdır.