15:16
630
Əmirliyin "Flydubai" aviaşirkətinin Təl-Əvivə uçuşları oktyabrın 1-dən dayandırmasından sonra İsrail aviaşirkətləri oktyabrın 2-də Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) təxliyə reysləri həyata keçirməyə başlayacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.
Məlumata görə, müvafiq icazə təhlükəsizlik məsələlərinin razılaşdırılması başa çatdıqdan sonra İsrailin Nəqliyyat Nazirliyi tərəfindən verilib. Bundan əlavə, "Ynet"in məlumatına görə, paralel olaraq "Etihad Airways" aviaşirkətinin Əbu-Dadidən İsrailə reyslərinin sayının artırılması üçün təcili sorğu göndərilib.
Əvvəllər "Ynet" xəbər vermişdi ki, İsrail Aviaşirkətlərinin BƏƏ-dən təxliyə reyslərini hazırlamaq üçün İsrail Ümumi Təhlükəsizlik Xidmətinin nümayəndələri oktyabrın 1-də Dubaya yola düşəcəklər. İsrailin 12-ci televiziya kanalının məlumatına görə, yəhudi dövlətinin aviadaşıyıcıları Ben-Gurion hava limanından BƏƏ-yə boş təyyarələr göndərəcək, əks istiqamətdə isə onlar hər bir sərnişinin müstəqil ödəyəcəyi öz bilet qiymətlərini müəyyən edəcəklər. Telekanal iddia edir ki, Dubaya boş təyyarələrin uçuş xərclərini İsrail Dövləti qarşılayacaq.
Məryəm Quliyeva