“Facebook” hesabının təhlükəsizliyi üçün bu məqamlara diqqət yetirin Hadisə

“Facebook” hesabının təhlükəsizliyi üçün bu məqamlara diqqət yetirin

"Facebook” hesabınızın təhlükəsizliyini təmin etmək üçün bir sıra məqamlara diqqət yetirmək lazımdır.

Trend onların bəzisini təqdim edir:

Qeyd olunan qaydaları izləyərək təhlükəsizliyi artırmaq mümkündür.

1) Hesabınıza mürəkkəb şifrə təyin edin;

2) İkifaktorlu təsdiqləmə funksiyasını aktivləşdirin;

3) Giriş məlumatlarınızı daxil etmədən öncə brauzerin ünvan xanasındakı domen adına (facebook.com) diqqət edin;

4) Mesaj qutusuna tanımadığınız şəxslər tərəfindən göndərilən keçidlərə daxil olmayın;

5) İstifadə etdiyiniz brauzeri və "Facebook" tətbiqini ən son versiyaya yeniləyin.