“Diskresion səlahiyyətlər qanunvericiliyə daxil edilə bilməz” Hadisə

“Diskresion səlahiyyətlər qanunvericiliyə daxil edilə bilməz”

“Əslində Normativ hüquqi aktlar haqqında Konstitusiya qanununun 64-cü maddəsində qeyd olunur ki, diskresion səlahiyyətlər, yəni öz mülahizələrinə görə qanunun tətbiqini nəzərdə tutan normalar qanunvericiliyə daxil edilə bilməz”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin mayın 31-də keçirilən plenar iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib: “Yəni orada 64.4-cü maddə də var. Orada da qeyd olunur ki, “orqan öz səlahiyyətləri daxilində”, “zərurət olduqda”, “orqan edə bilər”, “bir qayda olaraq” kimi ifadələr ümumiyyətlə qanunvericilikdən çıxarılmalıdır. Çünki sui-istifadə hallarına yol verilir. Ona görə də, gələcəkdə bu nəzərə alınmalıdır”.

Əli