Göyçayda güclü külək nəticəsində iki nəfər ölüb Hadisə

Göyçayda güclü külək nəticəsində iki nəfər ölüb

Göyçayda güclü külək və qasırğa ölümə səbəb olub.

İlkin məlumatlara əsasən, rayonun Mırtı, Qarabaqqal kəndlərində külək nəticəsində yaralananlar olub, iki nəfər isə bədbəxt hadisə nəticəsində həyatını itirib. Həyatını itirən şəxslərdən biri maşında olan zaman üzərinə ağac aşıb, digəri isə uçmuş evin altında qalıb.