Türkiyədə Yeni il hücumları planlaşdıran İŞİD yaraqlısı saxlanılıb
“Problem sosial şəbəkələrin müxtəlif cinayətlərin alətinə çevrilməsidir”-Zahid Oruc
İbtidai sinif müəllimliyi üzrə peşə tanınmasında namizədlərdən 83 faizi uğursuz nəticə əldə edib
Kamboca Taylandın F-16 qırıcıları və zirehli texnikası ilə hücum etdiyini iddia edib
16 İyun 2023 18:28
2 933
İyunun 16-sı saat 18:00-a olan məlumatına əsasən Daşkəsən, Göygöl, Altıağac, Quba, Xınalıq, Qrız, Şahdağ, Neftçalada və Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, saat 14:20 radələrində Göygöl rayonu ərazisindən axan Kürəkçaydan sel keçib.
Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 15-20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.8 metrə çatıb.