Dünyanın ən çox maaş alan futbol məşqçiləri bəlli oldu İdman

Dünyanın ən çox maaş alan futbol məşqçiləri bəlli oldu

Dünyanın ən çox maaş alan futbol məşqçilərinin siyahısı açıqlanıb.

“The Touchline” nəşri ən yüksək məvacib alan baş məşqçilərin reytinqini dərc edib.

Siyahıya London “Arsenal”ının baş məşqçisi Mikel Arteta başçılıq edir. İspaniyalı mütəxəssis ildə 29 milyon avro qazanır.

İkinci pillədə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunu çalışdıran Simone İnzaqi qərarlaşıb. Onun illik məvacibi 26 milyon avrodur.

İlk üçlüyü Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone tamamlayır. Argentinalı mütəxəssis ildə 23,5 milyon avro qazanır.

İlk onluqda Luis Enrike, Oliver Qlasner, Xabi Alonso, Joze Mourinyo, Enzo Mareska, Ange Postekoğlu və Luçano Spaletti də yer alıblar.