14:16
231
Bu gün “Xalq Cəbhəsi” qəzetinin 25 illik yubileyidir.
Bu barədə qəzetin baş redaktoru Əli Zülfüqaroğlu “Facebook” sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, Azərbaycanın çap mediasında öz dəsti-xətti ilə seçilən “Xalq Cəbhəsi” qəzetinin 25 yaşı tamam olur: “25 il ayaqda qalmaq və milli mətbuatımızın ənənələrinə sadiqlik nümayiş etdirmək kifayət qədər ciddi nəticədir. “Xalq Cəbhəsi” fəaliyyət göstərdiyi müddət ərzində milli dövlətçilik ənənələrinə sadiq olub, milli məsələlərə həssas yanaşıb və daim peşəkarlıq nümayiş etdirib. Qəzetin kollektivini təbrik edir, uğurlar arzulayıram”.