14:05
259
ABŞ Maliyyə Nazirliyi İtaliyanın "Ndrangeta" mafiya qruplaşmasına, eləcə də Avstraliyanın "Komançero" bayker qruplaşmasına qarşı sanksiyalar tətbiq edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə nazirliyin bəyanatında deyilir.
"ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli iki beynəlxalq təşkilata – Avstraliyanın "Komançero" bayker qruplaşmasına və mafiya tipli fəaliyyət göstərən İtaliyanın "Ndrangeta" cinayətkar qruplaşmasına qarşı sanksiyalar tətbiq edib", – deyə bəyanatda qeyd olunur.
Maliyyə Nazirliyi bildirib ki, "Ndrangeta" və Avstraliya qruplaşması Amerika və Avropaya narkotik tədarükü kanallarının təşkilində iştirak edir, həmçinin narkokartellərin vəsaitlərinin yuyulması ilə məşğul olurlar. Qurum qeyd edib ki, ABŞ bu mütəşəkkil cinayətkar qruplaşmalarla mübarizədə İtaliya, Avstraliya və Yeni Zelandiya hüquq-mühafizə orqanları ilə əməkdaşlığı gücləndirəcək.
"Ndrangeta" Cənubi Amerikadan Avropaya kokain tədarükü kanallarına nəzarət edən ən nüfuzlu İtaliya cinayətkar qruplaşması hesab olunur. Qruplaşma İtaliyanın ən yoxsul bölgələrindən biri sayılan Kalabriya regionunda yaranıb.
Məryəm Quliyeva