

1 Avqust 19:13
1 Avqust 13:23
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Dövlət büdcəsindən təhsil müəssisələrinə ayrılan vəsait artırılmalıdır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” müzakirəsi zaman deputat Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, sertifikasiya imtahanlarında uğur qazanan məktəblərdə çalışan müəllimlərin əməkhaqqı təxminən 1000 manat ətrafındadır.
“Lakin universitetlərdə çalışan müəllimlərin əməkhaqqısı 600-700 manat, bəzilərində isə daha aşağıdır. Təbii ki, belə olanda balans pozulur. Elmi müəsisələrdə çalışanların da əməkhaqqısının artırılmasına da baxılmalıdır. Həmçinin universitetlərin maddi-texniki bazası da gücləndirilməlidir. universitetlərlə əməkhaqqı artımı məsələsini deyəndə bildirirlər ki, təhsil haqqı əsasında bu işlər həll olunur. Ona görə də bu yanaşmaya yenidən baxılmalı və sistem dəyişilməlidir”, - deyə deputat əlavə edib.