Vladanka Andreeva: Azərbaycanda 1991-ci ildən indiyə qədər 3460 nəfər mina qurbanı olub Hadisə

Vladanka Andreeva: Azərbaycanda 1991-ci ildən indiyə qədər 3460 nəfər mina qurbanı olub

Azərbaycanda 1991-ci ildən indiyə qədər 3460 nəfər mina qurbanı olub.

Bunu BMT-nin Rezident Əlaqələndiricisi Vladanka Andreeva "Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda beynəlxalq konfrans zamanı deyib.

O bildirib ki, bunlardan 357-si uşaq, 38-i qadın olub: "Son olaraq 65 şəxs mina qurbanı olub. Onların 50 nəfəri mülki şəxsdir. Biz qurum olaraq əlimizdən nə gəlirsə, edəcəyik. Əməkdaşlığımız davam edir. 121 min nəfərdən çox vətəndaşla maarifləndirici söhbətlər aparılıb. Mən bu ayın əvvəlində parlamentdə minaların təmizləməsi ilə bağlı dinləmələrdə iştirak etmişəm. Mina təhlükəsi ilə mübarizə fəaliyyəti istiqamətində davamlı həll yolları tapmaq üçün innovativ yanaşmalar, texnologiyadan səmərəli istifadə və minadan təsirlənən ölkələr arasında ən yaxşı təcrübələrin paylaşılması vacib amillərdəndir. Davamlı inkişaf və sülh üçün ilkin şərt kimi, Azərbaycanda mina təhlükəsi ilə mübarizə istiqamətində tərəfdaşlığın artırılması və beynəlxalq dəstək üçün imkanlar mövcuddur".