

1 Avqust 19:13
1 Avqust 13:23
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
İran və Azərbaycan arasında yerləşən Astara sərhəd-keçid məntəqəsi Şimal-Cənub Beynəlxalq Dəhlizində önəmli rola sahibdir.
Trend-in məlumatına görə, bunu İranın Astara gömrük idarəsinin baş direktoru Əlihüseyn Zülqədri azərbaycanlı həmkarı ilə Astara sərhədində baş tutan görüşdə deyib.
Ə.Zülqədrinin sözlərinə görə, iki ölkə Astara sərhəd-gömrüyünün yaratdığı imkanlardan maksimum şəkildə istifadə edə bilər.
Zülqədri əlavə edib ki, Astaraçay üzərində istifadəyə verilən yeni körpü təbii olaraq sərhəddən keçən yük maşınlarının sayının artması və yük maşınlarının keçidinin sadələşməsi ilə nəticələnəcək.
Qeyd edək ki, Azərbaycan və İran arasında Astaraçay üzərində yeni körpünün təməli 25 yanvar 2022-də qoyulub. Körpü 3 aşırımlı olmaqla uzunluğu 97.5 metr, eni isə 30.5 metrdir. 4 hərəkət zolaqlı körpüdə əlavə olaraq ehtiyat hərəkət üçün daha 2 zolağın, həmçinin hər birinin eni 2.5 metr olan 2 piyada keçidinin yaradılması nəzərdə tutulub. Körpünün tikintisinə 5,8 milyon avro vəsait xərclənib.
Əlavə edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə bir sıra ölkələr sözügedən Sazişi ratifikasiya edib. (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).