Bayram günü hava necə olacaq? Hadisə

Bayram günü hava necə olacaq?

Bayram günlərində Bakıda və Abşeron yarımadasında hava şəraiti sabit, əsasən yağmursuz keçəcək.

Trend xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, lakin aprelin 10-u gündüz və 11-i gecə saatlarında yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var.