Azad olunmuş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı AÇIQLANIB Hadisə

Azad olunmuş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı AÇIQLANIB

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik(08.04.2024 - 14.04.2024) barədə məlumat yayıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 1 piyada əleyhinə mina, 5 tank əleyhinə mina, 725 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 476,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Qeyd edək ki, azad olunan ərazilərdə 2024-cü il 1-7 aprel aralığında 10 tank əleyhinə mina, 47 piyada əleyhinə mina, 718 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 1576 hektar ərazi minalardan təmizlənib.