“Dövlət Əməyin Mühafizəsi Fondunun Əsasnaməsi”ndə dəyişiklik edildi Hadisə

“Dövlət Əməyin Mühafizəsi Fondunun Əsasnaməsi”ndə dəyişiklik edildi

“Dövlət Əməyin Mühafizəsi Fondunun Əsasnaməsi”ndə dəyişiklik edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Sənədə əsasən, əsasnamənin 2.7.7-ci yarımbəndində “Nazirliyin işçilərinin” sözləri “Nazirlik sistemində işçilərin” sözləri ilə əvəz edilib.
Belə ki, əsasnamədə fondun vəsaitindən istifadə istiqamətlərində "Nazirliyin işçilərinin kollektiv və ya fərdi qaydada mükafatlandırılmasına" ifadəsi “Nazirlik sistemində işçilərin kollektiv və ya fərdi qaydada mükafatlandırılmasına” ifadəsi ilə əvəzlənib.