Aytən Səfərova qəzaya düşüb - Ölən və xəsarət alanlar var Hadisə

Aytən Səfərova qəzaya düşüb - Ölən və xəsarət alanlar var

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə 8 Noyabr prospektində, "Gənclik Park"ın qarşısında qeydə alınıb.

Belə ki, tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi "Hyundai" markalı avtomobil digər "Hyundai" ilə toqquşaraq aşıb. Nəticədə, aşan avtomobil yol kənarında olan "Kia Soul" markalı avtomobilə çırpılıb.
Nəticədə bir nəfər ölüb, Aytən Səfərova da daxil olmaqla, bir neçə nəfər xəsarət alıb.

Xəsarət alanların vəziyyəti dəqiqləşdirilir