Maştağada mağazada yanğın olub Hadisə 21 Avqust 2024 13:21 1 722 Sabunçu rayonunda mağazada yanğın olub. APA xəbər verir ki, hadisə Maştağada yerləşən meyvə-tərəvəz mağazasında qeydə alınıb. Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğının söndürülməsi istiqamətində iş aparılır.