Dumana görə yarımçıq qalan “Qəbələ”-“Turan Tovuz” oyunu gələn il keçiriləcək
Ulu Öndərin zəngin və çoxşaxəli irsi xalqımızın milli sərvətidir
Paşinyan AİB-in iclasında Azərbaycanın Ermənistana tranzit qadağasını ləğv etməsini alqışlayıb
Azərbaycanda yeni teatr studiyası yarandı – “Eynək” ilk tamaşasını təqdim etdi
Qızğın döyüşlərin getdiyi Pokrovsk şəhərinin mərkəzində Ukrayna bayrağı qaldırılıb - FOTO
22 Noyabr 2024 12:59
3 423
İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı Məzrəli kənd sakini İsayev Əldursun Feyruz oğlunun idarə etdiyi "Toyota" markalı avtomobil və rayonun Aranlı kənd sakini Qənbəralıyev Vüsal Teyyub oğlunun idarə etdiyi "Hyundai" markalı minik maşını toqquşub. Qəza nəticəsində Əldursun İsayev ölüb. Xəsarət alan Vüsal Qənbəralıyev rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.