ABŞ nümayəndə heyətinin təyyarəsi Moskvaya çatıb
5 Sentyabr 13:30
5 Sentyabr 13:30
5 Sentyabr 12:44
4 Sentyabr 17:31
08:48
322
Çin Xalq Azadlıq Ordusunun Quru Qoşunları sentyabrın 7-də minatəmizləmə təlimlərində iştirak etmək üçün Rusiyaya hərbçilər göndərib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, məşqlər sentyabrın 12-dək davam edəcək. Qeyd olunur ki, bu tədbir Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) genişləndirilmiş tərkibdə müdafiə nazirləri toplantısının ekspert işçi qrupu çərçivəsində təşkil olunub.
Təlimlər bir neçə ölkənin silahlı qüvvələrinin birgə səyləri ilə keçirilir. Onların məqsədi partlayıcı maddələrin olduğu ərazilərdə təhlükəsizliyin bərpası üzrə bacarıqları təkmilləşdirməkdir. Məşqlər zamanı mexaniki minatəmizləmə, minaaxtaran itlərdən istifadə və əldəqayırma partlayıcı qurğuların zərərsizləşdirilməsi kimi əməliyyatlar icra olunur.
Tədbirin məqsədi təcrübə mübadiləsinə kömək etmək, iştirakçı dövlətlərin minatəmizləmə sahəsində potensialını artırmaq, həmçinin regionda sülh və sabitliyi möhkəmləndirməkdir.
Məryəm Quliyeva