Türkiyə Rusiya-Ukrayna danışıqlarına istənilən mekanda vasitəçilik etməyə hazırdır Dünya

Türkiyə Rusiya-Ukrayna danışıqlarına istənilən mekanda vasitəçilik etməyə hazırdır

Türkiyə keçirildiyi yerdən asılı olmayaraq, Rusiya və Ukrayna arasındakı danışıqlara vasitəçilik etməyə hazırdır.

Xalqcebhesi.az -ın xəbərinə görə, bu barədə RİA Novosti-yə Türkiyə hökumətindəki mənbə məlumat verib.

"Tərəflər başqa bir platforma barədə razılığa gələrlərsə, Ankara yenə də lazımi köməkliyi göstərməyə hazır olacaq", — deyə agentliyin həmsöhbəti bildirib.

O qeyd edib ki, İstanbul əlverişli və sınaqdan keçmiş məkan olaraq qalır. Lakin Türkiyə üçün danışıqların keçirildiyi yer prinisipial əhəmiyyət kəsb etmir, əsas olan münaqişə tərəfləri arasında birbaşa dialoqun davam etdirilməsi faktı və konret nəticələrin əldə olunması imkanıdır.

Mənbə əlavə edib ki, Türkiyə həm Rusiya, həm də Ukrayna ilə təmasları saxlayır. Onun sözlərinə görə, İstanbul hərbi əməliyyatların dayandırılmasına yönəlmiş istənilən təşəbbüsü dəstəkləməyə hazırdır.

Məryəm Quliyeva