Bakıda Tacikistanın müstəqilliyinin 35-ci ildönümünə həsr olunan tədbir keçirilib
Meloni Prezident İlham Əliyevə təşəkkür edib: İtaliya və Azərbaycan möhkəm əməkdaşlıq qurub
Səfir: “Tramp marşrutu”nun təməli gələn ilin əvvəlində qoyula bilər
Paşinyan eyni vaxtda üç stulda oturmaq istəyir: ABŞ pulu, Rusiya nefti, İran...
20:14
406
4 sentyabr 2026-cı il tarixində Bakı şəhərində Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə Tacikistan Respublikasının Dövlət Müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının dövlət orqanlarının nümayəndələri, diplomatik nümayəndəliklərin rəhbərləri, Azərbaycanın siyasi, biznes, elm və mədəniyyət dairələrinin nümayəndələri, parlament deputatları, habelə media nümayəndələri.
Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İlhom Abdurahmon tədbir iştirakçılarını salamlayaraq müstəqillik illərində ölkənin siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi mühüm nailiyyətlərdən bəhs edib. Çıxışında o, xüsusi olaraq Millətin Lideri, Tacikistan Respublikasının Prezidenti möhtərəm Emoməli Rəhmonun müasir Tacikistan dövlətçiliyinin möhkəmləndirilməsində, sülh və milli birliyin təmin edilməsində, habelə ölkənin ardıcıl inkişafında mühüm rolunu vurğulayıb.
Tədbirin fəxri qonağı – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev – təbrik çıxışında Tacikistanı Dövlət Müstəqilliyinin 35-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edib, Tacikistan və Azərbaycan arasında mövcud olan ikitərəfli əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib və dövlətlərarası dostluq münasibətlərinin və strateji tərəfdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Təntənəli tədbir çərçivəsində qonaqlara istedadlı ifaçıların iştirakı ilə tacik xalq mahnıları və rəqslərindən ibarət zəngin konsert proqramı təqdim olunub.
Eyni zamanda, tədbir zamanı milli sənətkarlıq nümunələrinin təqdim olunduğu sərgi təşkil edilib. Sərgidə milli geyimlər, ənənəvi Tacikistan tikmələri – çakan, suzani, popuri, habelə Tacikistan ustalarının əl işləri nümayiş etdirilib. Qonaqlar üçün, həmçinin, milli xörəklərdən və yerli istehsal olan təzə meyvələrdən ibarət Tacikistan süfrəsi açılıb.
Tədbirin qonaqları Tacikistan Respublikasının Dövlət Müstəqilliyi Gününün təntənəli qeyd olunmasından xoş və unudulmaz təəssüratlar əldə ediblər.
Cavid
