Nepal ordusu daşqın nəticəsində uçmuş tuneldə əcnəbinin xilas edildiyini bildirib Gündəm

Nepal ordusu daşqın nəticəsində uçmuş tuneldə əcnəbinin xilas edildiyini bildirib

Nepalın Bhote-Koşi çayında baş verən dağıdıcı daşqından sonra Rasuva dairəsində tikilməkdə olan "Upper Trishuli" su-elektrik stansiyasının tunelində xarici vətəndaş aşkar edilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Nepal ordusu məlumat yayıb.

"Əcnəbi vətəndaş "Upper Trishuli" tunelindən xilas edilib", — deyə ordunun "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilən məlumatda bildirilir.

Avqustun 26-da baş verən dağıdıcı daşqından sonra Nepalda axtarış-xilasetmə əməliyyatı artıq on birinci gündür ki, davam edir.

Məryəm Quliyeva