Zelenski Rusiyanı hava zərbələrini müvəqqəti olaraq dayandırmağa çağırıb Dünya

Zelenski Rusiyanı hava zərbələrini müvəqqəti olaraq dayandırmağa çağırıb

Ukrayna Prezidenti Volodimir Zelenski etdiyi videomüraciətdə ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin 6 sentyabr, bazar günü Kiyevə rəsmi səfər edəcəyini təsdiqləyib.

APA xəbər verir ki, dövlət başçısı bu mühüm danışıqlar ərəfəsində Rusiyanı hava zərbələrini müvəqqəti olaraq dayandırmağa və sükut rejiminə əməl etməyə çağırıb.

Zelenski qeyd edib ki, Donald Trampın nümayəndə heyəti Ukraynadan əvvəl Moskvaya baş çəkəcək. Səfərin təhlükəsizlik detallarının artıq ABŞ və Ukrayna rəsmiləri tərəfindən tam razılaşdırıldığını bildirən prezident, Ukraynanın amerikalı qonaqların təhlükəsizliyi üçün hava məkanında hərbi fəaliyyəti tam dayandıracağına zəmanət verdiyini vurğulayıb. O, eyni addımın Rusiya tərəfindən də atılmasının vacibliyini ifadə edib.

Qeyd edək ki, Ukrayna tərəfi bu görüşü müharibənin başa çatması üçün real variantların müzakirə ediləcəyi maksimum konstruktiv və həlledici dialoq platforması kimi dəyərləndirir.

Rəsmi Kiyev amerikalı elçilərin təqdim edəcəyi təklifləri və Moskvanın bu təkliflərə olan ilkin reaksiyasını yaxından nəzərdən keçirmək niyyətindədir.

Xatırladaq ki, avqustun sonuna planlaşdırılan analoji səfər Rusiya ordusunun Kiyevə yönəlmiş intensiv raket və pilotsuz uçuş aparatları hücumları səbəbilə təxirə salınmışdı.