12:44
819
Yaponiyanın ticarət naziri Akadzava Ryosei bildirib ki, Tokio və Vaşinqton ölkələr arasında bağlanmış ticarət sazişi çərçivəsində Yaponiyanın Amerika iqtisadiyyatına yatırdığı 550 milyard dollar məbləğində investisiya öhdəlikləri üzrə uğurla işləyirlər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
"Akadzava 550 milyard dollarlıq investisiyalar üzrə tərəqqinin əldə olunduğunu bildirib, bu təşəbbüs ABŞ ilə ötən il bağlanmış ticarət sazişinin bir hissəsidir", — deyə agentlik xəbər verir.
"Biz ABŞ ilə işləməyə davam edəcəyik", — deyə o, ABŞ-nin ticarət naziri Hovard Latnik və ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir ilə danışıqlardan sonra jurnalistlərə bildirib.
Lakin nazir investisiyaların üçüncü tranşının təfərrüatlarını açıqlamaqdan imtina edib. Bununla yanaşı, o, süni intellekt və mikrosxem texnologiyaları mövzusunda, eləcə də Yaponiya və ABŞ üçün faydalı olan müvafiq layihələrin geliştirilməsi üzrə danışıqların sürətləndiyini diqqətə çatdırıb.
O əlavə edib ki, ticarət sazişində nəzərdə tutulanlardan başqa yeni rüsumlar tətbiq edilməməlidir.
Məryəm Quliyeva