Ceyhun Bayramov Qazaxıstanın sabiq xarici işlər naziri Yermek Koşerbayev ilə telefon danışığı aparıb Siyasət

Ceyhun Bayramov Qazaxıstanın sabiq xarici işlər naziri Yermek Koşerbayev ilə telefon danışığı aparıb

4 sentyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstan Respublikasının sabiq xarici işlər naziri Yermek Koşerbayev arasında telefon danışığı baş tutub.

XİN-dən verilən xəbərə görə, nazir Ceyhun Bayramov Yermek Koşerbayevə fəaliyyəti dövründə Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafına və ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü ifadə edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın həm ikitərəfli əsasda, həm də çoxtərəfli platformalar çərçivəsində bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik bildirilib.