Mayamidə yük təyyarəsi uçuş-eniş zolağından kənara çıxıb, həlak olanlar var Dünya

Mayamidə yük təyyarəsi uçuş-eniş zolağından kənara çıxıb, həlak olanlar var

"Amazon" şirkətinə məxsus yük təyyarəsi Mayami Beynəlxalq Hava Limanında uçuş-eniş zolağından kənara çıxaraq alovlanıb, ən azı beş nəfər həlak olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Amerika KİV-ləri məlumat yayıb.

Mayami-Deyd dairəsinin Yanğın-Xilasetmə Xidmətinin rəisi Rayed Cadallah mətbuat konfransında daha beş nəfərin xəsarət aldığını bildirib.

O qeyd edib ki, yaralananlardan üçünün vəziyyəti kritikdir. Dairə xidmət rəisinin sözlərinə görə, təyyarə eniş edərkən zolaqdan kənara çıxıb, bir neçə avtomobilə çırpılıb və bundan sonra yanğın baş verib.

Məlumata görə, bir neçə nəfər avtomobillərin içində sıxılıb qalıb.

ABŞ-nin Federal Aviasiya İdarəsi (FAA) bildirib ki, "21 Air" aviaşirkətinin 7598 nömrəli reysini yerinə yetirən təyyarə yerli vaxtla saat 14:00 radələrində (Bakı vaxtı ilə saat 22:00-da) uçuş-eniş zolağından kənara çıxıb. İdarənin məlumatına görə, təyyarə Puerto-Rikodan yola düşüb.

Məryəm Quliyeva