İstanbulda hoteldə yanğında 12 nəfər xəsarət alıb Dünya

İstanbulda hoteldə yanğında 12 nəfər xəsarət alıb

İstanbulda hoteldə güclü yanğın olub.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulun Bakırköy rayonunda Cevizlik məhəlləsində yerləşən 6 mərtəbəli hotelin birinci mərtəbəsində yanğın baş verib. Yanğın qısa zamanda yuxarı mərtəbələrə yayılıb.

Nəticədə 12 nəfərin xəsarət aldığı bildirilir.

Yanğın söndürülüb.