Tərtərdə avtomobil traktora çırpılıb, bir nəfər xəsarət alıb Hadisə

Tərtərdə avtomobil traktora çırpılıb, bir nəfər xəsarət alıb

Tərtərdə minik maşını traktora çırpılıb.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə rayonun Evoğlu kəndində qeydə alınıb. "VAZ-21099" markalı minik maşını hərəkətdə olan zaman traktora çırpılıb. Hadisə nəticəsində 1958-ci il təvəllüdlü Quliyev Azay Xasay oğlu xəsarət alıb.

O, Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı Tərtər rayon Polis şöbəsində araşdırma aparılır.