

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Poylu kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil, yoldan çıxaraq aşıb. Qəza nəticəsində 1964-cü il təvəllüdlü A. Hacıalıyeva, 1979-cu il təvəllüdlü G. İsayeva və 1970-ci il təvəllüdlü N. Xəlilova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.