

“Fransanın bu gün, sabah müstəmləkəçilik siyasətinə son qoyulması tam olaraq hələlik mümkün deyil. Amma bu proses artıq başlayıb. Avropa ölkələrindən Fransanın çıxarılması prosesləri artıq bir neçə ildir davam edir və hesab edirəm ki, bu proses getdikcə daha da güclənəcək. Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda keçirilən beynəlxalq elmi konfrans da, bu istiqamətdə keçirilən digər tədbirlər də məhz bu prosesin sürətləndirilməsinə xidmət edir”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Şakir Ağayev deyib.
Ş.Ağayev bildirib ki, afrikalılar özləri də artıq müstəmləkədən yorulublar, sadəcə olaraq kənardan onlara bu yöndə dəstək olanda onlar daha da güclü olurlar və Fransanın müstəmləkəsindən azad olmaq prosesini sürətləndirirlər: “Yeni dünya düzənində Fransanın müstəmləkəçilik siyasətini davam etdirəcəyini düşünmürəm. Artıq indidən Fransa üçün bunu davam etdirmək çətindir. Yeni dünya düzənində də baxmaq, görmək lazımdır ki, Fransa hansı yerdə duracaq, hansı mövqedə olacaq. Çünki bilirik ki, nəinki Fransa, Avropanın özü yeni dünya düzəninin bölünməsində iştirak etməyə çox can atır, amma ABŞ, Rusiya, Çin istəmir ki, onlar burada iştirak etsinlər. Ona görə də hesab etmirəm ki, yeni dünya düzənində bu proseslərdə Fransanın müstəmləkəsi olan dövlətlər bu müstəmləkə adı altında qalsınlar. Çünki artıq o proses başlayıb və davam edir”.
Röya İsrafilova