

Azərbaycan illərdir ki, neft və qaza sərmayə qoyur, regionları birləşdirir, regionlararası iri əlaqə layihələri həyata keçirir.
"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən sayca 30-cu Yubiley “Baku Energy Forum”da çıxış edərkən energetika nazirinin müavini Orxan Zeynalov bildirib.
"Son illər biz də yaşıl enerjiyə keçidə sərmayə qoyuruq. Hazırda biz Mərkəzi Asiyanı, Xəzər regionunu, Qara dəniz regionunu Avropaya birləşdirən dörd interkonnektor layihəsinə başlayırıq", - nazir müavini qeyd edib.
Onun sözlərinə görə, bu dəhlizlər sırasında Xəzər-Qara dəniz-Avropa dəhlizi yer alıb və hazırda bu layihə üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması yekun mərhələsindədir.
Nazir müavini onu da əlavə edib ki, Azərbaycanda 2035-ci il üçün altı giqavatdan çox yaşıl enerjinin istifadəsi və bunun dörd giqavatının ixrac edilməsini planlaşdırılır.