Külək Bakıda 37 ağacı sındırıb Hadisə

Külək Bakıda 37 ağacı sındırıb

Gecədən başlayan güclü külək nəticəsində Bakıda indiyə qədər 37 ağac sınıb.

Yaşıllaşma Təsərrüfat Birliyindən APA-ya verilən məlumata görə, 41 ağacın da budağı zədələnib.

Yaşıllaşma Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən zədələnən budaqlar kəsilib, sınan ağaclar götürülərək ərazi təmizlənib.