

3 İyun 17:28
2 İyun – Azərbaycanda Mülki aviasiya işçilərinin peşə bayramı günü münasibətilə “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi Fəxri xiyabanı ziyarət edib.
AZAL-ın mətbuat xidmətindən xalqcəbhəsi.az-a verilən məlumata görə, ziyarət zamanı Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub, məzarı önünə əklil və gül dəstələri qoyulub.
Həmçinin Ulu öndərin həyat yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub və üzərinə gül dəstələri düzülüb.