Gəncədə zəncirvari qəza olub, xəsarət alan var Hadisə

Gəncədə zəncirvari qəza olub, xəsarət alan var

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, "Mercedes", "Chevrolet" və daha iki minik avtomobili toqquşub.

Qəzada 1976-cı il təvəllüdlü A.Tağıyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.