Arzuxan Əlizadə: TRIPP-in icrası sülh gündəliyinin mühüm elementidir
22 Sentyabr 18:27
22 Sentyabr 18:27
22 Sentyabr 18:26
22 Sentyabr 17:04
22 Sentyabr 17:02
Rubio: "Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq"
Ərdoğan: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir
Arzu Nağıyev: Bakı Təhlükəsizlik Forumu ortaq təhdidlərə qarşı əməkdaşlıq üçün unikal platformadır
Bakı Dövlət Universitetində dərslər üç gün distant təşkil olunacaq
6 İyun 2025 18:28
3 654
İranın Xarici İşlər naziri Abbas Arakçi İngiltərə, Almaniya və Fransanı İranın nüvə proqramı ilə bağlı mövqelərinə görə xəbərdar edərək bildirib:
“Avropa üçlüyü yeni bir strateji səhvin astanasındadır. İran hüquqlarının pozulmasına qarşı sərt və qətiyyətli cavab verəcək.”
Xalqcebhesi.az xəbər verir ki, Arakçi sosial media hesabında etdiyi paylaşımda bu üç ölkəni İranın nüvə proqramına qarşı addım atmamaq mövzusunda xəbərdar edib. İranlı nazir bildirib ki, İranla Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında uzun illər davam edən konstruktiv əməkdaşlığa baxmayaraq, indi yenidən İranın “öhdəliklərini yerinə yetirməməkdə” ittiham olunması əsassızdır.
“Uzun illər davam edən müsbət əməkdaşlıqdan sonra ölkəm yenidən əsassız ittihamlarla qarşı-qarşıyadır. Avropa üçlüyü xoş niyyətli dialoq əvəzinə BAEA İdarə Heyətində İrana qarşı mənfi niyyətli bir addım atdı,” – deyə Arakçi qeyd edib.
Arakçi əlavə edib:
“Bu 3 ölkə 2005-ci ildə də bənzər mövqe sərgiləmişdi və bunun nəticəsində İranın uran zənginləşdirmə fəaliyyəti faktiki olaraq başlamışdı. Görəsən, bu üçlük son 20 ildə heç bir dərs çıxarmayıbmı?”
İngiltərə, Almaniya və Fransanı İranın nüvə proqramına dair yanaşmalarına görə tənqid edən Arakçi belə deyib:
“Avropa üçlüyü yeni bir strateji səhvin astanasındadır. İran hüquqlarının pozulmasına qarşı sərt və qətiyyətli cavab verəcək. Bu halda bütün məsuliyyət prosesə müdaxilə etmək üçün hər cür yola əl atan məsuliyyətsiz aktorların üzərinə düşəcək.”
Məryəm Quliyeva
22 Sentyabr 20:23
791
22 Sentyabr 20:15
812
22 Sentyabr 20:11
805