İsrail ordusu Qəzzada daha bir qruplaşma liderini zərərsizləşdirib Dünya

İsrail ordusu Qəzzada daha bir qruplaşma liderini zərərsizləşdirib

İsrail ordusu Qəzzada “Kətaib əl-Mücahidin” qruplaşmasının komandirinin zərərsizləşdirildiyini açıqlayıb.

APA xəbər verir ki, bu haqda ordunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin Qəzza şəhərində keçirdiyi birgə əməliyyat zamanı son illərdə Qəzza zolağında “Kətaib əl-Mücahidin” qruplaşmasına rəhbərlik etmiş Əsəd Əbu Şaraya zərərsizləşdirilib”, - məlumatda deyilir.