Azərbaycan Slovakiya ilə data mərkəzləri sahəsində əməkdaşlıq etmək niyyətindədir
Milli Məclisin sədri Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşüb
İsrail BMMT-yə Qəzzada humanitar yardım üçün ərazisindən istifadəyə rəsmi razılıq verib
Azərbaycan Prezidenti Slovakiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlığın məqsədini açıqlayıb
7 İyun 15:43
3 892
Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinə endirdiyi indiyədək ən güclü hücum nəticəsində 3 nəfər həlak olub, 21 nəfər yaralanıb.
Xalqcebhesi.az xəbər verir ki, Rusiya, Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkovu 53 pilotsuz uçuş aparatı (PUA), 4 idarəolunan bomba və bir raketlə hədəfə alıb. Hücum nəticəsində 15 fərdi ev, 23 çoxmərtəbəli bina daxil olmaqla ümumilikdə azı 43 bina zərər görüb.
Xarkov meri İqor Terexov bildirib ki, bu hücum 2022-ci ildə müharibə başladığından bəri şəhərə qarşı həyata keçirilən ən intensiv hücumdur. O, hücum nəticəsində 3 nəfərin həyatını itirdiyini, 21 nəfərin isə yaralandığını qeyd edib və baş verənləri “açıq şəkildə terror aktı” adlandırıb.
Məryəm Quliyeva