
Çağdaş Azərbaycan dövlətinin dayanıqlı inkişafını təmin olunmasında neft sənayesinin rolu müstəsnadır. Dünya neft sənayesində xüsusi çəkiyə malik olan Azərbaycan neftinin kəşf edilməsi Bakıya olan marağı yüksələn xətlə artırmağa başladı. Neftimiz bir müddət daha çox xarici yatırımçılar – Nobel qardaşları, Rotşidlər tərəfindən istismar olunsa da, sonradan milliləşdi. Bu isə artıq Azərbaycanın milli burjuaziya nəslinin formalaşmasına təkan oldu. Neft milyonçuları – milli burjuaziyamızın görkəmli nümayəndələri Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Seyid Mirbabayevin xalqımız qarşısında mühüm xidmətləri olmuşdur.
Əlbəttə, zəngin tarixi olan neft sənayesinin inkişafında milli kadrlarımızın danılmaz xidmətləri vardır. Professor Ələkbər Süleymanov, Bəhman Hacıyev, Mirkazım Məmmədov, Ənvər Məmmədov, İsrafil Hüseynov, Qaraş Əmirov, Ağa Əliyev, Yusif Kərimov, Qurban Abbasov, Xanoğlan Bayramov, Natiq Əliyev, Xoşbəxt Yusifzadə və. b.-nın adını çəkə bilərik.
Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə ali hakimiyyətə gəlməsi ilə Azərbaycanın neft və qaz sənayesi yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur. O dönəmdə həm infrastrukturun yenidən təşkil olunması, həm də geoloji-kəşfiyyat, qazma və istismar işlərinin aparılması Azərbaycan neftçilərinə etibar edilmişdir. Belə etibarlı kadrlardan biri də Cümşüd İbrahimov idi.
Cümşüd İbrahimovun oğlu İbrahim İbrahimov Ümummilli lider Heydər Əliyevlə görüşdə
Böyük dövlət xadimi Heydər Əliyevin müstəqlliyimizin ilk illərində ikinci dəfə ali hakimiyyətə qayıdışından sonra, o cümlədən həmin vaxtlar Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyevin müstəsna xid-mətləri sayəsində, 20 sentyabr 1994-cü ildə Dövlət Neft Şirkəti ilə beynəlxalq şirkətlər arasında “Əsrin müqaviləsi” – Hasilatın Pay Bölgüsü Sazişi imzalanması ölkə¬mizin çağdaş inkişafının dayanıqlılığının güclü təməli oldu.
Bəli, neft sənayesinin yüksək inkişaf mərhələsinə gəlməsində neft sahə¬sində çalışan milli kadrlarımızın xüsusi xidmətləri olmuşdur. – Yuxarıda da vurğuladığımız kimi, belə parlaq şəxsiyyətlərdən biri də, haqqında söhbət açdığımız əfsanəvi neftçi Cümşüd İbrahimovdur. O, Qarabağın qədim yaşayış məskəni olan Bərdə də dünyaya gəlmişdir.
Bərdə daha çox orta yüzillər islam filosofları və alimləri ilə ünlü olub. Bu yurdun yetişdirməsi olan orta yüzillər filosofları Məhəmməd Xalid oğlu Bərdəi, Əbubəkr Məkki Əhməd oğlu Bərdəi, Əbülhəsən Əhməd Ömər oğlu Bərdəi, Əbusəid Əhməd Hüseyn oğlu Bərdəi, Səid Qasım oğlu Bərdəi və Əbubəkr Məhəmməd Abdulla oğlu Bərdəi islam dinin müxtəlif axınlarını təmsil edən görkəmli filosoflardır.
Göründüyü kimi, zəngin elm ənənələri olan Bərdə torpağı, təkcə alimlər filosoflar deyil həm də Cümşüd İbrahimov kimi irimiqyaslı bir neft mühəndisi yetişdirmişdir.
Cümşüd İbrahimovun mənsub olduğu nəsl, Bərdənin Qılınclı kəndindən olan köklü Qarabağ ailələrindəndir.
CÜMŞÜD QULU OĞLU İBRAHİMOV
Onun mənsub olduğu İbrahimovlar nəsli Qarabağ əyalətinin 1832-ci ilə aid kameral təsvirindən (Nazir Əhmədli tərəfindən nəşr edilmişdir) Qılınclı oba-sında yaşayan İbrahimovlar ailəsinin 6-cı ulu babasını müəyyənləşdirmək müm¬kün oldu. Qaynağa əsasən bu oba general-mayor Mehdiqulu Xan (ünlü şair Xur¬şid¬banu Natavanın atası) tərəfindən general-leytenant, knyaz Madatova bağış¬lan¬mış, sonradan idarəçilikdə qeyri-müəyyənlik yarandığı üçün hökumət kon¬torunun idarəsi altına verilmişdir. Qarabağ əyalətinin kameral təsvirindən əldə edilən bil¬giyə əsasən İbrahimovlar ailəsinin bizə bəlli olan ulu babası 1797-ci il do¬ğum-lu Yüzbaşı İbrahim Həşim oğludur. Onun oğlanları Həşim, Hseyn, Həsən, Hüseynəli və Cümşüddür. Sonradan ailədə ulu babaların adları nəvə-nəticələrə qoyularaq yaşadılmışdır.
Cümşüd İbrahimov 25 may 1929-cu ildə Bərdə rayоnunun Qılınclı kəndində anadan оlmuşdur. 1953-cü ildə Azərbaycan Sənayе İnstitutunu (indiki ADNSU-yu) bitirdikdən sоnra rеspublikanın müxtəlif müəssisələrində mühəndis və rəhbər vəzifələrdə çalışmışdır.
1953-cü ildə o, “Gürgannеft” trеstinin qazma kоntоruna göndərilmiş, ünlü nеftçi Qurban Abbasovla yanaşı çalışmışdır. C.İbrahimоv qazma kоntоrunun sahə rəisi, baş mühəndis, “Azərgеоkəşfiyyat” trеstinin qazma kоntоrunun dirеktоru vəzifələrində işləmişdir. 1963-cü ildə C.İbrahimоv Pirqulu оvalığında “Kirоvdağ”, “Mişоvdağ”, “Kürsəngi”, “Qarabağlı” və digər nеftli sahələrdə intеnsiv qazma işləri apararaq yеnidən yaradılmış “Şirvanqazmanеft” trеstinin baş mühəndisi, 1968-ci ildə “Azərnеftkəşfiyyat” trеstinin dirеktоru, 1970-1982-ci illərdə “Azərnеft” Birliyi baş dirеktоrunun müavini, 1982-ci ildən isə “Xəzər-dəniznеft” İstеhsalat Birliyi baş dirеktоrunun müavini vəzifəsini daşımışdır.
C.İbrahimоv оna tapşırılan işləri layiqincə yеrinə yеtirmiş, göstərilən еtimadı dоğrultmuş, işçilərə və özünə tələbkarlıqla yanaşmışdır. C.İbrahimоv qu¬ruda və dənizdə nеft-qazın kəşfinə, işlənməsinə böyük zəhmət sərf еtmişdir. Оnun bilavasitə rəhbərliyi ilə quruda “Kürsəngi”, “Qarabağlı”, dənizdə isə “Azəri”, “Çıraq” və “Kəpəz” kimi yataqlar kəşf еdilmişdir. C.İbrahimоv xidmətlərinə görə iki dəfə (keçmiş SSRİ-nin) “Şərəf nişanı” оrdеni ilə təltif оlunmuşdur. О, “Əməkdar mühəndis” fəxri adına layiq görülmüşdür.
Əfsanəvi neftçi Cümşüd İbrahimov 30 iyul 1988-ci ildə Bakı şəhərində dünyasını dəyişmişdir.
Uzaq səfərlər kapitanı, Magellan, Marian cökəkliyi, Bermud üçbucağı daxil olmaqla Yer kürəsini üç dəfə dövrə vuran, 24 yaşında Cümşüd İbrahimov adına geoloji-kəşfiyyat gəmisinə kapitanlıq etmiş, Xəzər Dəniz Donamasının fəxri işçisi, Dövlət Dəniz Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin direktoru Məzahir Niftiyev həmin günləri belə xatırlayır:
“Mən hələ gənc yaşlarımdan Cümşüd İbrahimov kimi əfsanəvi bir neftçinin adını daşıyan geoloji-kəşfiyyat gəmisinin kapitanı olmaqla qürur duymuşam. Yaxşı xatırlayıram o məhşur gəmini. Gəmi dinamik pozisiy ilə dərin sularda lövbərsiz dayanırdı. Gəminin üzərində buruq var idi. O indiki Şahdəniz, Azəri-Günəşli-Çıraq yatağında ilk geoloji kəşfiyyat aparan gəmi idi. Gəmidə işləyən geoloqlar deyirdi, bu yataqlarıda böyük neft-qaz ehtiyatının olmasını Cümşüd İbrahimov kəşf edib. O zaman mənim 24 yaşım vardı. Gəminin Finlandiya körfəzindən Xəzər dənizinə gətirilməsində iştirak etmişəm. Gəmini dənizlər arasındakı çaylar, kanallar ilə Bakıya üzüb gətirəndə, sahil boyunca bu nəhəng gəminin gözəlliyinə tamaşa edənləri görmək xoş idi. Gəmi o zamanın ən yeni naviqasiya avadanlıqları ilə təhciz edilmişdi. Gəmi Xəzər dənizində işə başlayanda o vaxt SSRİ Qaz Sənayesi nazirinin müavini olan N.M.Nemçinov Bakıya gəlmişdi. Həmin vaxt gəminin adı “Bakerit” idi. Nemçinovla mən – gəmini gətirəndə Vıborq şəhərində tanış olmuşduq. Onun mənə dediyi sözləri yaxşı xatırlayıram: “Çümşüd müəllim xoşbəxtdir ki, öz kəşf etdiyi yataqlarda öz adını daşayan gəmi geoloji-kəşfiyyat işi aparacaq.”
Mənim üçün bu gəmi hələ də öz önəmini daşıyır. Çünki ilk dəfə mən ən cavan kapitan kimi bu gəmidə kapitanlığa başlamışam. Və gəmi həmişə mənim yuxularıma girir. Dünyanın bir çox şirkətində çalışmışam amma Çümşüd İbrahimov gəmisi mənim üçün hamsından daha əziz olub.Allah o parlaq şəxsiyyətə rəhmət eləsin.”
BÖYÜK İRSİN DAVAMÇILARI
Xoşbəxt o adamdır ki, özünə uğurlu varis qoyub gedir. Bu ənənə İbra¬hi¬movlar ailəsində də davam etmişdir. Belə ki əfsanəvi neftçi Cümşüd İbra¬himovun ailəsində onu işini davam etdirən oğlanları İbrahim İbrahimov və Elçin İbrahimov kimi ləyaqətli varisləri yetişdi. İbrahim İbrahimov sonradan başqa sahəyə keçsə də Elçin İbrahimov neft sənayesində Azərbaycan iqtisadiyyatına xidmət göstərdi. Gəlin böyük irsin davamçılarından olan Elçin İbrahimovu da tanıyaq.
ELÇİN CÜMŞÜD OĞLU İBRAHİMOV – 25 oktyabr 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. Elçin İbrahimov 1981-1986-cı illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU-nun) “Avtomobillər və avtomobil təsər¬rü-fatı” fakültəsində təhsil almışdır. Sonra gənc mütəxəssis kimi təyinatla Xəzər¬də-nizneftqaz İstehsalat Birliyinin 1 saylı Texnoloji nəqliyyat idarəsində böyük dis-petçer, qaraj rəisi, baş mühəndis vəzifələrində çalışmışdır. İşdə gös¬tərdiyi xid-mətlərə görə 1993-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şir¬kətinin Avto-nəqliyyat və Xüsusi Texnika Baş İdarəsinin rəisi vəzifəsi ona həvalə edilmişdir. ARDNŞ-də struktur dəyişiklikləri edildikdən sonra adıçəkilən Baş İdarə Av-tomobil, dəniz nəqliyyatı və xüsusi texnika şöbəsinə çevrilmiş və E.İbrahimov 1994-cü ildən həmin şöbəyə rəhbərlik etmişdir. E.İbrahimov ARDNŞ-in balan-sında olan 7 mindən çox müxtəlif təyinatlı avtonəqliyyata, dəniz nəqliyyatı və xüsusi texnika vasitələrinin struktur bölməsində nəqliyyat xidmə¬tinin təşkilinə, təmir işlərinin aparılmasına və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə rəhbərlik edib. Onun rəhbərliyi nəticəsində son illərdə nəqliyyat və sənayenin digər sahələrində texnikanın istismarında səmərəlilik artırılmış, yanacaq – sürtkü materiallarından istifadə edilməsinə nəzarət gücləndirilmiş və bunun nəticəsində ARDNŞ üzrə yanacağın sərfi azaldılmışdır. E.İbrahimov ARDNŞ-də yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə komissiyanın sədri kimi vacib sahəyə də rəhbərlik etmişdir. Onun tələbkarlığı nəticəsində son illərdə ARDNŞ üzrə yol nəq¬liyyat hadisələrinin sayı xeyli azalmışdır. E.İbrahimov Azərbaycan Respub-likası Prezidentinin 3049 saylı 18.09.2008-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
(Məqalənin hazırlanmasında Mədəniyyət Nazirliyinin çap etdirdiyi “Bərdə və bərdəlilər” bibliоqrafik məlumat kitabından, Məmməd və Canalı Mirzəyevlərin “Qara qızıl ağ səadət rəngində” adlı kitabdan istifadə edilmişdir).