Pentaqon Suriyada İŞİD-in başçılarından birinin məhv edildiyini bildirib Dünya

Pentaqon Suriyada İŞİD-in başçılarından birinin məhv edildiyini bildirib

ABŞ Silahlı Qüvvələri Suriyanın şimal-qərbində həyata keçirilən hava zərbəsi nəticəsində "İslam Dövləti" (İŞİD) terror qruplaşmasının başçılarından birini məhv edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə əməliyyat məsuliyyəti zonasına ilk növbədə Yaxın Şərq daxil olan ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Komandanlığın təqdim etdiyi məlumata görə, əməliyyat Əli Hüseyn əl-Ülaviyə qarşı keçirilib. Hadisə iyunun 19-da baş tutub. Əməliyyatın dəqiq yeri və təfərrüatları açıqlanmır. CENTCOM-un şəhadətinə əsasən, bu zərbə Vaşinqtonun "xaricdəki amerikalılara və ya ABŞ-ın materik hissəsinə hücum etməyə çalışan terrorçuların məhv edilməsinə" yönəlmiş davamlı səylərinin bir hissəsidir.

Məryəm Quliyeva