“Pozitivin təbliğatı daha müsbət effekt verir”
24 Yanvar 11:48
24 Yanvar 11:48
23 Yanvar 21:20
23 Yanvar 16:40
23 Yanvar 16:07
İsrail təhlükəsizlik kabineti Rəfah sərhəd keçid məntəqəsinin yenidən açılmasını müzakirə edir
ABŞ “Tomahawk” raketlərini modernləşdirir və onların xidmət müddətini uzadır
ABŞ-la gərginlikdən sonra Qrenlandiyada kommunal xidmət iflic olub
Azərbaycanın bəzi rayonlarında qar yağacaq, yollar buz bağlayacaq - PROQNOZ
25 İyul 2025 13:59
2 366
Kreml Putin və Zelenskinin görüşünün mümkünlüyünə münasibət bildirib.
APA TASS-a istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Rusiya Prezidenti Vladimir Putinin avqustun sonuna qədər Ukrayna lideri Volodimir Zelenski ilə görüşü çətin ki, mümkün olsun.
Kreml rəsmisinin sözlərinə görə, Rusiya ilə Ukrayna arasında yüksək səviyyəli görüş nizamlanmaya son qoymalı və əldə edilmiş bütün razılaşmaları qeydə almalıdır.
“30 gün ərzində belə bir çətin prosesi keçmək mümkündürmü? Çətin ki”, - Peskov avqustun sonuna qədər Putin və Zelenskinin görüşünün mümkünlüyü ilə bağlı suala cavab verərkən vurğulayıb.
“Bizim mövqeyimiz çox yaxşı məlumdur, bizim mövqeyimiz Ukrayna tərəfinə verilmiş memorandum layihəsində öz əksini tapıb", - o əlavə edib.