
Zelenski: Ukrayna Avropa Birliyinin bir hissəsi olacaq
7 Avqust 19:52
7 Avqust 19:52
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda debet kartları ilə aparılan əməliyyatların həcmi 66 milyard 195 milyon manat təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 24.5% və ya 13 milyard 36 milyon manat artıb.
Qeyd edək ki, hesabat dövründə debet kartları ilə aparılan əməliyyatların 37,3 milyard manatı elektron ticarət vasitəsi ilə, 20,96 milyard manatı bankomatlar vasitəsi ilə, 6,1 milyard manatı POS-terminallar vasitəsi ilə, 1,8milyard manatı ölkə xarici əməliyyatlar vasitəsi ilə, 35.5 milyon manatı isə özünə xidmət terminalları vasitəsi ilə həyata keçirilib.
Xatırladaq ki, cari ilin iyul ayının 1-nə Azərbaycanda 18 milyon 523 min ədəd debet kartı olub.